Harri Keyndən yeni rekord

“Bavariya” klubunun ulduz futbolçusu Harri Keyn yeni bir uğura imza atıb.

Sportline.az xəbər verir ki, ingilis hücumçu “Holşteyn Kil”ə qarşı oyunda het-trik etməklə Erlinq Halandın rekordunu qıraraq Bundesliqa tarixinə düşüb. 

Matçda iki qol vuran və bir məhsuldar ötürmə edən Keyn, 35 Bundesliqa matçında 50 qol payına (qol və ya asist) çatan ən sürətli oyunçu olub.

Keyn bu göstərici ilə “Borussiya Dortmund” forması ilə 42 matçda bu uğura imza atan Halandı üstələyib.