Harri Keynin son durumu açıqlandı
"Bavariya"nın hücumçusu Harri Keyn nəzərdə tutulduğundan daha tez meydana qayıda bilər.
Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Vinsent Kompani deyib.
"Qəti fikir bildirmək çətin olsa da, onun bu il oynayacağına ümid bəsləyirik. Hər halda, bu ehtimal yüksəkdir. Keyni əvəz etmək çox çətindir. O, top oyunçudur. Vəziyyət çıxış yolu tapmağa çalışırıq", - deyə Kompani klubun saytına fikrini bölüşüb.
Qeyd edək ki, 31 yaşlı forvardın əzələ dartılmasına görə ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilirdi.