Harri Maquayrın uğursuz transferinə münasibət
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Harri Maquayrın "Vest Hem"ə uğursuz transferi ilə bağlı fikirlərini açıqlayıb.
Sportline.az xəbər verir ki, o, bu transferin alınmamasına şad olduğunu bildirib.
“Harrinin bizimlə olmasına şadam. Bizə böyük oyunçular lazımdır. Dörd yaxşı mərkəz müdafiəçimiz var, əgər Luk Şounu sayırsınızsa, onda beş. Onlara ehtiyacımız var, çünki yeni mövsümdə 50-60 oyun keçirməliyik" - deyə "Mançester Yunayted"in baş məşqçisi bildirib.
Bu mövsüm futbolçunun "Vest Hem"in futbolçusu ola biləcəyi bildirilirdi. Lakin transfer baş tutmayıb.