Hazard klubunu dəyişə bilər
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Torqan Hazard karyerasını Belçikada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, futbolçu ilə "Anderlext" maraqlanır. Lakin futbolçu yeni kluba keçərsə, onun maaşı azala bilər.
30 yaşlı futbolçunun "Borussiya" ilə müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb."Transfermarkt" oyunçunu 7 milyon avro qiymətləndirir. Belçikada transfer pəncərəsi sentyabrın 6-da bağlanacaq.