Həbib Nurməhəmmədov PSJ-də

UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov PSJ-nin MMA layihəsinə rəhbərlik edə bilər.

Sportline.az Le Parisien nəşrinə istinadla xəbər verir ki, Paris klubu özünün MMA layihəsini yaratmağı planlaşdırır.

Parislilər rəhbərliyi rusiyalı idmançıya həvalə etməyi planlaşdırırlar.

İdeyanın müəllifi klubun cüdo üzrə məşqçisi Camel Burasdır.

Onun təklifinin PSJ-nin prezidenti Naccer Əl-Helaifi tərəfindən müsbət qarşılandığı bildirilir. 

Qeyd edək ki, PSJ futbolla yanaşı həndbol və cüdo klublarına da malikdir.