Həbib Nurməhəmmədov uğur düsturunu açıqladı

UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov MMA döyüşlərində uğur qazanmasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, dağıstanlı idmançı Anatomy of a Fighter kanalına müsahibəsində bununla bağlı fikirlərini açıqlayıb.

"Uğurun açarı sabitlikdir. Hər gün məşqləri davam etdirməlisən. Çempion olmamışdan əvvəlki kimi". 

Qeyd edək ki, dünya şöhrətli idmançı MMA karyerası ərzində keçirdiyi 29 döyüşün hamısını qələbə ilə başa vurub.

Nurməhəmmədov 2020-ci ildə karyerasını bitirib.