Həbibin atası koronavirus qurbanı oldu

UFC çempionu Həbib Nurmaqomedovun atası Abdulmanap Nurmaqomedov koronavirusdan dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə  Çeçenistan prezidenti Ramzan Kadırov "Teleqram" kanalında bildirib. O, bütün çeçen xalqı adından Abdulmanap Nurməhəmmədovun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, A.Nurmaqomedov aprelin 25-də Dağıstanda xəstəxanaya yerləşdirilmişdi. O, mayın 3-də səhhətinin pisləşməsi səbəbindən Moskvaya aparılmışdı.