Hicablı qadınlar Fransada futbol oynaya bilməyəcək
Fransa futbol matçları zamanı hicabla bağlı qadağanı qüvvədə saxlayıb.
Sportline.az xəbər verir ki, Fransanın ali inzibati məhkəməsi qadınların hicab geyinməsinə qoyulan qadağanı qüvvədə saxlayıb. Məhkəmə bir qrup müsəlman futbolçunun bu qadağanı tətbiq edən Fransa Futbol Federasiyasına (FFF) qarşı açılan iş üzrə müraciətindən sonra belə bir qərar verib.
Məhkəmə qadağanın "uyğun" olduğuna qərar verib.