HİK - "Qarabağ" oyununa bilet satışı davam edir

HİK və "Qarabağ" komandalarının UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa satılmış biletlərin sayı açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, oyun üçün 5500 bilet alınıb.

Görüş startınadək biletlərin tükənəcəyi gözlənilir.

Qeyd edək ki, avqustun 17-də "Bolt Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Arena 10770 azarkeş tutumuna malikdir. İlk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.