Holandın transfer qiyməti açıqlandı

"Mançester Siti"nin forvardı Erlinq Holandın transfer qiyməti məlum olub.

Sportline.az Transfermarkt portalına istinadla xəbər verir ki, norveçli futbolçunun dəyəri daha 10 milyon avro artıb.

İndi onu heyətində görmək istəyən klublar 180 milyon avrodan keçməli olacaqlar.

Qeyd edək ki, 22 yaşlı hücumçu 2022-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.