Hoylund Mançesterdədir
"Atalanta"nın hücumçusu Rasmus Hoylund Mançesterdədir.
Sportline.az xəbər verir ki, 20 yaşlı danimarkalı "Mançester Yunayted"ə keçidi elan olunmazdan əvvəl fotosessiyasına ev sahibliyi etdiyi güman edilən binanı tərk edib. Daha əvvəl klubların 70 milyon avroya transfer barədə razılığa gəldiyi bildirilirdi.
Hoylund 2022-ci ilin avqustundan "Atalanta"da çıxış edir. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.