Hummels "Borussiya"nı tərk etdi

Mats Hummels Dortmund "Borussiya"sını tərk edib.

Sportline.az xəbər verir ki, Almaniya klubu bunu rəsmən təsdiqləyib.

"Bavariya"nın yetirməsi 13 il dortmundluların formasını geyinib.

35 yaşlı futbolçunun karyerasını İtaliyada davam etdirəcəyi gözlnilir.

Onunla "Milan" və "Roma" klublarının ciddi maraqlandığı bildirilir.