İdmançımız Avropa çempionatının finalında
Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyinin 1/2 final mərhələsinin döyüşləri keçirilir.
Sportline.az xəbər verir ki, seçməmizin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib.
1/8 finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionunu Girleanuya 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Qasımzadə final döyüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də olacaq.