İdmançımız erməni rəqibini məğlub etdi
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
ABF-dən Sportline.az saytına verilən xəbərə görə, boksçumuz Mirəşrəf Kazımzadənin yarışda startı uğurlu alınıb.
75 kq çəki dərəcəsində qüvvəsini sınayan Kazımzadə 1/16 finalda Gürcüstanın erməni əsilli idmançısı Arşak Yelizbaryanla döyüşün hər üç raundundda rəqibini üstələyərək 3:0 hesabı ilə qələbə çalıb.
Qeyd edək ki, seçmə komandamız Avropa çempionatına 7 boksçu ilə yollanıb.