İki boksçumuz dünya çempionatının yarımfinalında

Serbiyanın paytaxtı Belqraddakı boks üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi Alfonso Dominges (86 kq) 1/4 finalda rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb. Rəqibinə 4:1 hesabı qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib. Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.

Digər boksçumuz 1/4 final görüşünü keçirib. 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev yarımfinala vəsiqə uğrunda hindistanlı Narenderlə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmadan qələbə ilə ayrılan Abdullayev yarımfianala yüksəlib və ən azı bürünc medalı təmin edib.