İki boksçumuz yarımfinalda
Azərbaycanın iki boksçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında yarımfinala yüksəlib.
Sportline.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Tağı Nəsibov 1/4 finalda Belarus təmsilçisi Vadim Veçerskiyə qalib gəlib. İbrahim Zeynalov (50 kq) eyni raundda Muinxon Mavlonovu (Tacikistan) üstələyib.
Ramal Yolçuyev (46 kq) 1/4 finalda Temirxan Daniarova (Qırğızıstan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanova (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsova (Belarus) məğlub olub.
Qeyd edək ki, yarımfinalda Tağı Nəsibov özbəkistanlı Javohir Kuysinovla, İbrahim Zeynalov isə rusiyalı Artyom Nazarovla qarşılaşacaq.