İlk dəfə milliyə çağrılanlar

Oktyabrda keçiriləcək Fransa millisinin heyətində dəyişikliklər olub.

Sportline.az xəbər verir ki, əvvəlcə müdafiəçi Aksel Disasi Dayot Upamekanonun yerinə komandanın yerinə çağırılmışdı. Lakin sonradan məlum olub ki, oyunçunun zədəsi aşkarlandığı üçün Disasini Kastello Lukeba əvəz edəcək. Lukeba ilk dəfə Fransa millisinə çağırılır.

"Çelsi"nin müdafiəçisi Disasinin sol budunun dördbucaqlı baş əzələsinin yırtıldığı bildirilir.

Həmçinin ilk dəfə əsas komandaya dəvət alan Malo Qusto millidə Jül Kündeni əvəz edəcək.

Oktyabrın 13-də Fransa millisi Avro-2024-ün seçmə mərhələsində Niderlandla, oktyabrın 17-də isə Şotlandiya ilə yoldaşlıq oyunu keçirəcək.