İlkay Gündoğan milli karyerası ilə bağlı qərar verəcək

Almaniya milli komandasının kapitanı İlkay Gündoğan karyerası ilə bağlı sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, türk əsilli futbolçu milli komandadakı karyerasını bitirəcəyini istisna etməyib.

"Oyundan dərhal sonra dəqiq nə isə deyə bilmərəm. Tam qərar vermək üçün bir neçə gün düşünmək lazımdır. Ondan sonra qərar vermək olar", - deyə Gündoğan mövzuya münasibət bildirib.

Bu haqda jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat paylaşıb. 

Qeyd edək ki, 2011-ci ildən Almaniya millisinin formasını geyinən İlkay Gündoğan 82 oyunda 19 qol müəllifi olub.