İnfantino "Fiorentina"da
"Rosario Sentral"ın yarımmüdafiəçisi Cino İnfantino "Fiorentina" ilə müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, 20 yaşlı argentinalının florensiyalılarla müqaviləsi 2028-ci ilə qədər hesablanıb.
İnfantino "Rosario Sentral"ın yetirməsidir. O, komandanın heyətində 74 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.