İngilis bukmeker kontorları İspaniyanı Avro 2024-ün əsas favoriti hesab etmirlər
İngiltərə bukmeker kontorları AVRO 2024-ün 1/4 finalının bütün iştirakçıları bəlli olduqdan sonra turnirdə qalan komandaların qələbə əmsallarını yeniləyib.
Sportline.az "RMC Sport"a istinadla xəbər verir ki, onların fikrincə, favorit İngiltərə seçməsidir.
Mənbənin sözlərinə görə, bu seçim, digər tərəfin komandaları ilə müqayisədə, finala gedən turnirin aşağı hissəsində britaniyalıların potensial rəqiblərinin zəif olması ilə bağlıdır. İspaniya millisi titula iddialıların reytinqində ikinci yeri tutur. İlk üç favoriti Fransa qapayır.
Qeyd edək ki, AVRO 2024-də 1/4 final qarşılaşmaları iyulun 5-də start götürəcək.