İngiltərə klubu "Fənərbağça"nın futbolçusunu istəyir
İngiltərə klubu "Fənərbağça"nın belçikalı futbolçusunu istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Lester Siti" klubu Mitçi Batşuainin transferində maraqlıdır.
İngiltərə klubunun rəsmiləri 30 yaşlı belçikalı hücumçu üçün təklif göndərməyə hazırlandığını bildiriblər.
Qeyd edək ki, Mitçi Batşuai bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 34 oyunda 20 qol, 3 asistlə yadda qalıb.