İngiltərə klubu İsmail Yükseklə maraqlanır
İngiltərə klubu "Fənərbağça"nın futbolçusu İsmail Yüksekin transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Aston Villa" klubu 25 yaşlı yarımmüdafiəçi üçün Türkiyə klubu ilə danışıqlara başlayıb.
Hazırda milli komandada çıxış edən təcrübəli futbolçu İngiltərə klubunda çıxış etmək istədiyini deyib.
Qeyd edək ki, İsmail Yüksek bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 42 oyunda 1 qol, 5 asistlə yadda qalıb.