İngiltərə klubundan 30 milyonluq təklif

"Vest Hem" Edson Alvares üçün "Ayaks"a təklif göndərib.

Sportline.az xəbər verir ki, insayder Fabrizio Romanonun dediyinə görə "çəkicdöyənlər" 25 yaşlı meksikalı üçün təxminən 30 milyon funt-sterlinq ödəməyə hazırdırlar.

Daha əvvəl isə "Vest Hem"in artıq Alvareslə müqavilə imzaladığı bildirilirdi.