İngiltərə nəhəngləri baş-başa gəldi
"Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Lui komandanı tərk edə bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçunu almaqda "Arsenal" və "Tottenhem" maraqlıdır.
Braziliyalı futbolçu 2019-cu ildən "Aston Villa"da çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 2022/23 mövsümündə Lui bütün yarışlarda 40 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.
"Transfermarkt" oyunçunu 40 milyon avro qiymətləndirir.