İngiltərədən Almaniyaya
"Norviç"in yarımmüdafiəçisi Kristos Tsiolis "Fortuna Düsseldorf"a icarəyə verilib.
Sportline.az xəbər verir ki, 21 yaşlı yunanla icarə müqaviləsi 2023/24 mövsümünün sonuna kimi hesablanıb.
Ötən mövsüm Tsiolis 2023-cü ilin yanvarına kimi "Tvente"dən icarəyə götürülüb. Ümumilikdə 29 oyun keçirib və 4 qol vurub.