İngiltərədən Almaniyaya

"Bernli"nin hücumçusu Vout Veqorst icarə əsasında "Hoffenhaym"a keçib.

Sportline.az xəbər verir ki, onun icarə müqaviləsi birillikdir.

31 yaşlı Veqorst ötən mövsümü icarə əsasında "Beşiktaş" və "Mançester Yunayted"də keçirib. “Qırmızı şeytanlar”ın heyətində hücumçu 31 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.