İngiltərədən Argentinaya
"River Pleyt" yarımmüdafiəçi Manuel Lanzini ilə müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, 30 yaşlı argentinalı "Vest Hem"dən pulsuz transfer olunub.
Lanzini "River Pleyt"in yetirməsidir. O, 2014-cü ildə Argentina klubundan ayrılıb. Bundan sonra o, "Əl-Cəzirə" və "Vest Hem"də oynayıb.
Ötən mövsüm Lanzini bütün yarışlarda 23 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.