"İnter" 15 milyon avro təklif edir

"İnter" "Udineze"nin yarımmüdafiəçisi Lazar Samardziçi transfer etməkdə maraqlıdır.

Sportline.az xəbər verir ki, “neradzurri” 21 yaşlı serb üçün 15 milyon avro və yarımmüdafiəçi Covanni Fabbianı təklif edib.

20 yaşlı Fabbian ötən mövsüm B Seriyasında 36 oyunda 8 qol vuraraq "Rejina"da icarə əsasında çıxış edib.

Samardziçin Udineze ilə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.

2022/23 mövsümündə Samardziç "Udineze"nin heyətində 39 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə edib.