"İnter "Bavariya"ya elçi düşüb

"İnter" müdafiəçi Benjamin Pavarın transferi ilə bağlı "Bavariya" ilə danışıqları davam etdirir.

Sportline.az xəbər verir ki, "İnter" Pavar üçün 27+3 milyon avro təklif edib. Futbolçunun özü də İtaliya klubuna getmək istəyir.

Pavar 2019-cu ildən "Bavariya"da çıxış edir. Hazırkı müqavilə 2024-cü ilə qədərdir. "Transfermarkt" fransalı futbolçunu 40 milyon avro qiymətləndirir.