"İnter" Çempionlar Liqasında

Son turda “Empoli”ni qəbul edən “İnter” qələbə qazanmaqla UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəkdi.

Sportline.az xəbər verir ki, görüş qarşılıqlı hücumlar şəraitində keçib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb.

Fasilədən sonra 3 qol vurulub. 51-ci dəqiqədə meydan sahiblərindən Balde Keyta qonaqları mərkəzə dəvət edib. 76-cı dəqiqədə tarazlıq bərpa olunub. “Empoli”dən Həmid Traore hesabı 1-1 edib. Cəmi 5 dəqiqə sonra Milan klubu yenidn hesabda önə keçib. Raca Nainqolan qələbə qolunun müəllifi olub. 2:1 hesabı ilə qalib gələn “İnter” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.