"İnter" "Əl-Nəsr"lə heç-heçə etdi
İtaliya “İnter”i və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandalarının qarşılaşdığı yoldaşlıq oyunu keçirilib.
Sportline.az xəbər verir ki, Osakadakı (Yaponiya) Naqay stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada hesabı 23-cü dəqiqədə "Əl-Nəsr"dən Əbdülrəhman Qareb açıb. "İnter" oyunun 44-cü dəqiqəsində Davide Frattesinin səyi ilə hesabı bərabərləşdirib. İkinci hissədə tabloda dəyişiklik olmayıb.
Qeyd edək ki, “Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo ilk yarını meydanda keçirsə də, qol vura bilməyib. Hər iki komanda fasiləyə fərqli heyətlə çıxıb.