"İnter" ispaniyalı oyunçunu heyətinə qatıb
İtaliya "İnteri" heyətini qapıçı ilə gücləndirib.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Neradzurri" "Cenoa"nın qapıçısı Xosep Martinezi rənglərinə bağlayıb.
26 yaşlı qapıçı ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Bu trasnferin "İnter"ə 15 milyon avro başa gəldiyi bildirilir.
Qeyd edək ki, ötən mövsüm 36 oyunda "Cenoa"nın qapısını qoruyan Martinez bu görüşlərdə 43 qol buraxıb.Qolkiper 8 oyunu isə qol buraxmadan başa vurub.