'İnter" ispaniyalı qapıçını transfer etməyə yaxındır

"İnter"lə razılıq əldə edən "Cenoa"nın qapıçısı Xosep Martinez bu gün tibbi müayinədən keçib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 26 yaşlı qapıçı Neradzurri ilə 5 illik müqavilə bağlayacaq.

Onun Milan təmsilçisində illik maaşı 1.5 milyon avro təşkil edəcək."İnter" isə bu transfer üçün "Cenoa"ya 13 milyon avro ödəyəcək.

"İnter" ispaniyalı qapıçını Yan Sommerin əvəzedicisi olaraq düşünür.

Qeyd edək ki, Xosep Martinez ötən mövsüm 36 oyunda iştirak edib və bunların 8-də qapısını toxunulmaz saxlayıb.