"İnter Mayami"nin sahibi Messinin vida matçında oynamasını istəyir
"İnter Mayami"nin sahibi Lionel Messinin "Kamp Nou"da vida matçına çıxmasını istəyir.
Sportline.az xəbər verir ki, Xorxe Mas Messinin "Kamp Nou"da vida matçını keçirməsinə kömək etmək üçün əlindən gələn hər şeyi edəcəyini bildirib.
“Bilmirəm, bu, bir növ yoldaşlıq oyunu olacaq, yoxsa vida oyunu olacaq. Onların yayda oynanan "Qamper" kuboku var. Ümid edirəm ki, yeni "Kamp Nou" açılanda nəsə olacaq. Ümid edirəm ki, Messi vida matçına çıxar. Bu, onun "Barselona"da oynayacağı anlamına gəlmir. Leo icarəyə getməyəcək. Bu baş verməyəcək. Bəli, o, sağollaşmağa layiqdir. Bu işdə ona kömək etmək üçün əlimdən gələni edəcəyəm. Axı Messi buna layiqdir” - deyə Mas bildirib.