"İnter" "Rəvan"ı xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 17-ci tur start götürüb. SportLine.az xəbər verir ki, oyun gününün yeganə qarşılaşmasında "Rəvan" "İnter"i qəbul edib.  

Son turlar inamlı oyunla diqqət çəkən Bəhmən Həsənovun yetirmələri uğurlu çıxışı "bankirlər"lə görüşdə də davam etdirmək niyyətində idilər. "İnter" isə qələbə qazanmaqla 2-ci pilləyə qayıtmağı arzulayırdı.

90 dəqiqənin yekununda qonaqlar istəklərinə çatıblar.

15 dekabr 2015
TPL, 17-ci tur


"Rəvan" - "İnter" 0:2
QOLLAR:
Zurab Xizanişvili, 51 (0:1); Limam Seydi, 86 (0:2)

Banner