"İnter" Sommeri almağa yaxındır
"İnter" və "Bavariya" Yan Sommerin transferi ilə bağlı razılığa gəliblər.
Sportline.az xəbər verir ki, qapıçının transferi ilə bağlı danışıqlar inkişaf mərhələsindədir. "Neradzurri" "Mançester Yunayted"in futbolçusu Andre Onananın yerinə Sommeri transfer etmək istəyir.
İsveçrəli qolkiper bu qış "Borussiya Mönhenqladbax"dan "Bavariya"ya keçib. Bundesliqada 2022/23 mövsümündə 29 oyuna çıxıb və 39 qol buraxıb.