"İnter"i Antonio Konte çalışdıracaq

İtaliyanın "İnter" klubuna yeni baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, Antonio Konte ilə 3 illik müqavilə bağlanılıb. 49 yaşlı mütəxəssis yeni vəzifədə Luçano Spalettini əvəzləyib. 

Qeyd edək ki, Antonio Konte əvvəllər "Yuventus", İtaliya millisi və İngiltərənin "Çelsi" komandalarının baş məşqçisi kimi çalışıb. "İnter" 2018-2019 mövsümündə A Seriyasını 69 xalla 4-cü yerdə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb.