"İnter"in baş direktoru: "Onananı pulsuz alıb, pulla satdıq"
"İnter"in baş direktoru Cüzeppe Marotta hazırda "Mançester Yunayted"in qapıçısı olan Andre Onananın "İnter"ə mümkün qayıdışı ilə bağlı suala cavab verib.
Sportline.az xəbər verir ki, funksioner "La Gazzetta dello Sport"a açıqlamasında Onananın "İnter" üçün uğurlu olduğunu bildirib.
“Mən gələcəyi proqnozlaşdıra bilmərəm, amma futbolda hər şey ola bilər. Təbii ki, Andre və bizim üçün uğurlu bir mövsüm oldu. Bu, həm də uğurlu sövdələşmə idi - onu pulsuz alıb, pul müqabilində satdıq”, - deyə Marotta bildirib.
Xatırladaq ki, "İnter" Onananı ötən ilin yayında azad agent kimi transfer edib. Parlaq dövrünü yaşayan qapıçı cəmi bir il sonra "Mançester Yunayted"ə 50 milyon avrodan çox məbləğ qarşılığında keçib.
Onana “Mançester Yunayted”in heyətində çıxdığı 11 oyunda 19 qol buraxaraq azarkeşləri məyus edib.