"İnter"in onun üçün etdiyi hər şeydən sonra fərqli davranış gözləyirdik"

"İnter"in vitse-prezidenti Xavyer Zanetti "Çelsi"nin hücumçusu Romelu Lukakunun "Yuventus"a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, Zanetti Lukakunun hərəkətindən şikayətlənib.

“İnter”in onun üçün etdiyi hər şeydən sonra fərqli davranış gözləyirdik. Onun istədiyi yerə getməyə haqqı var, biz bunu qəbul edərdik, ancaq bu barədə vaxtında danışmaq lazım idi. Bununla belə, heç kim klubdan daha vacib ola bilməz” - deyə Zanetti bildirib.

Daha əvvəl "Yuventus" un Lukakunun transferi ilə bağlı "Çelsi" ilə danışıqları davam etdirdiyi bildirilirdi.