"İnter"in sabiq futbolçusu "Sabah"da

“Sabah” heyəti daha bir futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Bakı klubu Əlcəzair millisinin hücumçusu İshak Belfodillə anlaşıb. Klub bununla bağlı feysbuk səhifəsində paylaşım edib. Videorolikdə oyunçunun adı deyil, keçdiyi karyera yolu xəritə şəklində təqdim olunub.

Buradan da həmin oyunçunun Belfodil olduğu görünür. O, karyerası ərzində “Lion” (Fransa), “İnter”, (İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym” (Almaniya) kimi məşhur klublarda çıxış edib.

İshak Belfodil son olaraq Qətərin “Əl-Qarafa” klubunda çıxış edib və iyulda həmin komanda ilə yollarını ayırıb.