"İnter"in yeni hədəfi

"İnter" hücumçu Folarin Baloqanu transfer etməkdə maraqlıdır.

Sportline.az xəbər verir ki, “neradzurrilər” “ Arsenal”ın futbolçusunu əsas transfer hədəfi kimi nəzərdən keçirir. 

Milan klubu hücumçunun nümayəndələri ilə danışıqlar aparır. "Arsenal"ın 40 milyon avro (34,3 milyon funt sterlinq) transfer təklifi alacağı gözlənilir. Londonlular hücumçunu 50 milyon funt-sterlinq qiymətləndirir. 

Baloqan 2022/23 mövsümünü icarə əsasında "Reyms"də keçirib. Liqa 1 çərçivəsində 37 oyun keçirib və 21 qol vuraraq komandanın bombardiri olub.