"İnter"in yeni hədəfi

"İnter" hücumçu Canluka Skamakka üçün "Vest Hem"ə yeni təklif göndərib.

Sportline.az xəbər verir ki, Milan klubu futbolçu üçün 24 milyon avro, əlavə olaraq 4 milyon avronu da bonus olaraq təklif edib.

Londonlular 24 yaşlı italyan üçün 30 milyon avro istəyir. Futbolçu artıq milanlılarla müqavilənin şərtlərini razılaşdırıb.

2022/23 mövsümündə Skamakka "Vest Hem" üçün 27 matçda 8 qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.