"İnter"in yeni hədəfləri
"İnter" "Arsenal"ın hücumçusu Folarin Baloqunun transferi üzərində işləyir.
Sportline.az xəbər verir ki, İtaliya klubu 22 yaşlı futbolçunu transfer etmək üçün favorit olsa da, rəhbərlik Baloqunla müqavilə imzalaya bilməyəcəyi təqdirdə alternativ variantlar siyahısı hazırlayıb.
"İnter" "Udineze"nin hücumçusu Beto və "Portu"nun hücumçusu Mehdi Taremi ilə bağlı vəziyyəti izləyir.
Daha əvvəl "İnter"in Balogun üçün 35 milyon avro təklif edəcəyi, "Arsenal"ın isə 50 milyon avro istədiyi bildirilirdi .
Hücumçu 2022/23 mövsümünü icarə əsasında "Reyms"də keçirib. Liqa 1-də 37 oyuna çıxıb və 21 qol vurub.