"İnter"lə "Bavariya" razılaşdı
Yan Sommerin gələn həftə "İnter"ə keçməsi ehtimalı var.
Sportline.az xəbər verir ki, milanlılar qapıçının transferi ilə bağlı "Bavariya" ilə anlaşıb. Müqavilənin qiyməti 6 milyon avrodur.
İsveçrəlilər avqustun 6-da İtaliyaya uçacaq və ertəsi gün tibbi müayinədən keçəcəklər.
34 yaşlı futbolçu 2022/23 mövsümünün ortalarında Münhen klubuna keçib və Bundesliqada 19 oyuna çıxıb.