İnyesta rəsmən BƏƏ klubunda

"Vissel Kobe"nin sabiq yarımmüdafiəçisi Andres İnyesta Əmirliklərlə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 39 yaşlı ispaniyalı ilə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

İyulun 2-də İnyestanın 2018-ci ildən oynadığı “Vissel Kobe” ilə müqaviləsi başa çatdığından azad agentə çevrilib. Bundan əvvəl o, 16 ilini "Barselona"da keçirib.