İnzaqi "Salernitana"nın baş məşqçisi oldu

"Salernitana" Filippo İnzaqinin klubun yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, 50 yaşlı italyan bu postda Paula Souzanı əvəzləyib.

İnzaqinin son iş yeri 2022/23 mövsümündə rəhbərlik etdiyi "Regina" olub. O, daha əvvəl “Breşiya”, “Benevento”, “Bolonya”, “Venesiya” və “Milan”ı çalışdırıb.

8 turdan sonra "Salernitana" 3 xalla A Seriyasında sondan əvvəlki, 19-cu yerdədir.