İranlı futbolçu "İnter"ə keçə bilər
"İnter" "Portu"nun hücumçusu Mehdi Taremini transfer etməyi düşünür.
Sporrtline.az xəbər verir ki, iranlı Milan klubunun transfer siyahısındakı variantlardan biridir.
Ancaq problem daha əvvəl 24 milyon avroya futbolçunu ala bilməyən “Tottenhem”in marağı ola bilər. "İnter" üçün "Arsenal"dan Folarin Baloqun daha yüksək prioritetdir, lakin tələb olunan 50 milyon avro civarında məbləğ indiyədək Simone İnzaqinin komandasını çəkindirib.