İranlı qadınlara şad xəbər

İranda qadınların futbol matçlarına getməsinə icazə veriləcək.

Sportline.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac məlumat verib. Qərar ölkənin Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.

“Qadınların stadionlara daxil olmasına icazə veriləcək. Nə yaxşı ki, Milli Təhlükəsizlik Şurası bu məsələni təsdiqləyib. Bunun necə həyata keçiriləcəyinə qərar vermək üçün işçi qrupu yaradılıb", - deyə Tac bildirib.

1979-cu ildə İran İslam İnqilabından sonra qadınların kişi komandalarının iştirak etdiyi futbol matçlarına gəlməsi qadağan edilib.

Banner