İsko "Real Betis"də

"Real Madrid" və İspaniya millisində oynaması ilə tanınan yarımmüdafiəçi İsko "Betis"in futbolçusu olub.

Sportline.az xəbər verir ki, bu barədə “Betis”in mətbuat xidməti məlumat yayıb.

"Betis"in baş məşqçisi Manuel Pelleqrininin təcrübəli yarımmüdafiəçi ilə əməkdaşlıqda şəxsi maraq göstərdiyi bildirilir. 31 yaşlı futbolçu yeni klubu ilə bir mövsümlük (2024-cü ilin iyun ayının sonuna qədər) müqavilə imzalayıb.