İslam "Koritiba"da

 "Anderlext"in hücumçusu İslam Slimani "Koritiba" ilə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, Əlcəzair millisinin 35 yaşlı futbolçusu ilə müqavilənin şərtləri barədə məlumat verilməyib.

Ötən mövsüm Slimani "Brest" və "Anderlext"də çıxış edib. O, ümumilikdə 34 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.